Ermənistanda HƏYƏCANLI ANLAR: nazirliyin bütün qüvvələri səfərbər oldubackend

Ermənistanda HƏYƏCANLI ANLAR: nazirliyin bütün qüvvələri səfərbər oldu

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvandakı Zvartnots hava limanında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin FHN-nin mətbuat xidməti məlumat yayıb.

“Partlayıcı qurğu ilə bağlı məlumat Zvartnots hava limanının rəhbərliyindən alınıb. Hadisə yerinə yanğınsöndürənlər, kinoloqlar, istehkamçılar, psixoloqlar və xüsusi xilasetmə dəstələri gedib”, – məlumatda deyilir.

Cihazın axtarışı davam edir. Nazirlik vəziyyətin inkişafı barədə əlavə məlumat verəcəyini vəd edir.

  •  (0)
  •  (0)