Ermənistanda hərbi hissədə ATIŞMA: 1 ölü, 2 yaralıbackend

Ermənistanda hərbi hissədə ATIŞMA: 1 ölü, 2 yaralı

Ermənistanda hərbi hissələrin birində hərbi qulluqçunun atəş açması nəticəsində bir əsgər ölüb, daha iki nəfər isə yaralanıb.

Hokm.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb, daha 2 hərbçi yoldaşını yaralayıb.

İnsidentlə bağlı araşdırma aparılır.

  •  (0)
  •  (1)