Ermənistanda hərbçilərin ölümünə görə komandir saxlanıldıbackend

Ermənistanda hərbçilərin ölümünə görə komandir saxlanıldı

Ermənistanın cənubunda üç hərbçinin ölümü ilə əlaqədar olaraq döyüş postunun komandiri saxlanılıb.

Hokm.az news.am-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Avqustun 19 -da, saat 01: 30 radələrində Azərbaycanla sərhədin cənub -şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda əsgər Qor Saakyan, Leon Arutyunyan və Murad Muradyanın meyitləri tapılıb. Onlar güllə yarasında ölüblər. Ölənlərin hamısı 2002 -ci il təvəllüdlüdür.

Həmin gün İstintaq Komitəsi onların xidmət yoldaşı A.X.-nı qətldə şübhəli bilərək saxlayıb. İstintaq hərəkətləri zamanı döyüş postunun komandirinin hadisədə iştirakı məlum olub. O, hərbçiləri qətlə təhrik etməkdə, habelə başqa hərbçiyə qarşı zorakı cinsi hərəkətlərdə şübhəli bilinərək saxlanılıb.

Hərbi qulluqçu A.X.-ya isə ittiham elan olunub və o, həbs edilib.Unikal.org

  •  (0)
  •  (0)