Ermənistanda dövlətə xəyanət cinayətinin cəzası şərtləşdirildibackend

Ermənistanda dövlətə xəyanət cinayətinin cəzası şərtləşdirildi

Ermənistan parlamentinin bu gün keçirilən iclasında dövlətə xəyanət və casusluq cinayətlərinə görə ömürlük cəza və əmlakın müsadirəsini nəzərdə tutan qanun layihəsi yekdilliklə qəbul edilib.

Hokm.az “Report”a istnadən xəbər verir ki, müxalifətdəki Çiçəklənən Ermənistan Partiyasının (Barqavatç Hayastan) təşəbbüsü ilə gündəliyə çıxarılaraq qəbul edilmiş qanuna əsasən, dövlətə xəyanət cinayətinə görə məhkəmə müttəhimi 15 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzasına, casusluğa görə 12 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzasına məhkum edə bilər.

Qanun qüvvəyə minməsi üçün ölkə prezidenti tərəfindən imzalanmalıdır.

  •  (1)
  •  (0)