Ermənistanda daha bir istefa – Qarabağ məsələsinin “başbiləni” işdən qovuldubackend

Ermənistanda daha bir istefa – Qarabağ məsələsinin “başbiləni” işdən qovuldu

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan vəzifəsindən azad edilib.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın müvafiq fərmanı hökumətin rəsmi portalında yayımlanıb.

Qeyd edək ki, 72 yaşlı Köçəryan bir neçə gün əvvəl istefa üçün müraciət etmişdi. O, 12 ildir ki, Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini icra edirdi və danışıqlar prosesinə bələd olduğu üçün Qarabağ məsələsinə nəzarət edirdi.

Xatırladaq ki, ötən gün Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan da vəzifəsindən istefa verib.

  •  (0)
  •  (0)