Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib – SON DƏQİQƏbackend

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib – SON DƏQİQƏ

Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə Hokm.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

 

  •  (0)
  •  (0)