Ermənistan Xızını hansı silahla vurub? – EKSPERT RƏYİbackend

Ermənistan Xızını hansı silahla vurub? – EKSPERT RƏYİ

Ermənistan Silahlı Qüvvələrinin Abşeron rayonuna qədər çata biləcək 300 kilometr atəş uzaqlığına malik yeganə silahı “Skad B” (Scud B) raketləridir.
Bu sözləri “BakuPost”a hərbi ekspert Rəşad Süleymanov Ermənistanın Abşeron rayonuna açdığı atəşi şərh edərkən deyib.
Onun sözlərinə görə, “Skad B” Rusiya istehsalıdır:
“Bu silah 90-cı illərdə Rusiya tərəfindən Ermənistana verilib. Sovet maye birpilləli ballistik raketi olan “Skad B” 1950-60-cı illərdə istehsal olunub. Qeyri-rəsmi olaraq “kerosinka” adlanan bu silah 9k72 “Elbrus” əməliyyat-taktiki təyinatlı raket kompleksinə daxildir. Onun atəş uzaqlığı 300 kilometrdən daha çox da ola bilər”.
Ekspert qeyd edib ki, Ermənistan Azərbaycanın ərazilərini hədəfə almaqla öz işğalçı planını göstərib, digər ölkələri münaqişəyə cəlb etmək istəyir.
  •  (2)
  •  (0)