Rusiya Prezidenti Vladimir Putin Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik məktubu göndərib.
Hokm.az xəbər verir ki, Baş nazir Nikol Paşinyana ünvanlanan məktubda Rusiya Federasiyasının başçısı bir neçə məsələyə toxunub.
“Rusiya-Ermənistan münasibətləri dost, müttəfiqdir. Dövlətlərimiz arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq – AİB, KTMT və MDB çərçivəsində konstruktiv əməkdaşlıq qurulmuşdur. Əminəm ki, birgə səylərlə bütün sahələrdə ikitərəfli tərəfdaşlığı gücləndirməyə bundan sonra da davam edəcəyik”, – deyə Putin bildirib.
O, həmçinin onu da qeyd edib ki, Ermənistanı üzləşdiyi problemlərdən yalnız Azərbaycan və Rusiya ilə birgə imzaladığı üçtərəfli bəyanat xilas edəcək:
“Bu gün Ermənistan ciddi problemlərlə üzləşir. Noyabr və Yanvar üçtərəfli sazişlərinin ən yüksək səviyyədə, ardıcıl şəkildə həyata keçirilməsinin ölkənizin və bütün Zaqafqaziya regionunun dinc və firavan inkişafını təmin edəcəyini düşünürük”.Unikal.org