Ermənistan terror dövlətidir – Rus analitikbackend

Ermənistan terror dövlətidir – Rus analitik

Rusiyanın hərbi, siyasi və iqtisadi dəstəyi olmadan Ermənistan mövcud ola bilməz və buna görə də Ermənistan mahiyyət etibarilə dövlət hesab oluna bilməz. Ermənistanın Dnestryanı və ya Donetsk, Lqansk “xalq respublikaları”ndan yeganə fərqi onun beynəlxalq statusunun olması və beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

Bu sözləri Axar.az-a rusiyalı analitik Aleksandr Sıtin Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatı şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, əslində Ermənistan Rusiyanın Cənubi Qafqaz regionunda forpostudur:

“Beləliklə, o, həm Moskvada, həm də İrəvanda dövlət rəhbərlərinin kim olmasından asılı olmayaraq, hər zaman Moskvanın dəstəyini umacaq. Hazırda Ermənistan Rusiyanın qüvvələri və təsiri hesabına bölgədəki mövqelərini bərpa etməyə çalışır. Ermənistan terror təxribatları təşkil etməklə Rusiyanı silahlı müdaxiləyə təhrik etmək istəyir. Əslində, Luqansk-Donetsk Ukraynanın cənub-şərqində “terrorçu əlavə” olduğu kimi, Ermənistan da Cənubi Qafqaz regionunda terrorçu dövlətdir. Ona görə də Azərbaycanın yalnız bir yolu var – Türkiyə ilə inteqrasiyanı və ordusunu gücləndirmək və NATO-ya daxil olmaq üçün siyasi fəaliyyət göstərmək”, – deyə ekspert bildirib.

  •  (0)
  •  (0)