“Ermənistan təkcə canlılara deyil, həm də ölülərə qarşı vandallıq edib”backend

“Ermənistan təkcə canlılara deyil, həm də ölülərə qarşı vandallıq edib”

“Təşkilat Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar 2016-cı ildə təmas qrupu yaradıb. Həmin dövrdən bu günədək biz ilk dəfə azad olunmuş ərazilərə səfər etmək imkanı qazandıq. Öz gözlərimizlə həmin ərazilərdə törədilən vandallıqları gördük. Bütün kəndlərin yer üzündən silinməsi hallarının şahidi olduq. Bu, çox məyusedici və kədərli mənzərədir”.
Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında təşkilatın Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.
“Biz məscidlərdə donuzların, inəklərin saxlanılmasının izlərini gördük. Məzarlıqların dağıdılmasının şahidi olduq. Bu, onu göstərir ki, işğalçılar təkcə canlılara deyil, həm də ölülərə qarşı vandallıq edib”, – o bildirib.report
  •  (0)
  •  (0)