Ermənistan “qırmızı zona”ya yaxınlaşır: Koronavirusla bağlı vəziyyət gərgindirbackend

Ermənistan “qırmızı zona”ya yaxınlaşır: Koronavirusla bağlı vəziyyət gərgindir

Ermənistanda koronavirus epidemiyası ilə bağlı vəziyyət olduqca gərgindir.

Bu barədə respublikanın Milli Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin nümayəndəsi Romela Abovyan bildirib.

Onun sözlərinə görə, yoluxma 50 faiz artıb və xəstəlik sürətlə yayılmağa davam edir.

Bundan başqa uşaq və yeniyetmə yaş qruplarında xəstəlik hallarında 1,5-1,7 dəfə artım müşahidə olunur.

Mütəxəssis Ermənistanın artıq “qırmızı zona”ya yaxınlaşdığı barədə xəbərdarlıq edib.

“Yoluxma sayı 475-dir, 500 olsa Ermənistan “qırmızı zona”da olacaq”, – deyə o, vurğulayıb.

Mütəxəssis həmçinin vurğulayıb ki, koronavirus daha da cavanlaşıb: əsasən 30-50 yaş arası əhali xəstələnir, xəstəxanaya yerləşdirilməli olan uşaqlar da var.

“Xəstəxanalar həddən artıq yüklənib, çarpayı fondu tükənib, vəziyyət olduqca ciddi və həyəcanvericidir”, – deyə Romela Abovyan xəbərdarlıq edib.

 

  •  (0)
  •  (0)