Ermənistan ordusunun daha bir zabiti məhv edildi – RƏSMİbackend

Ermənistan ordusunun daha bir zabiti məhv edildi – RƏSMİ

“Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv edilib”.

Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat yayıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

Bundan başqa, Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Belə ki, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi (1978), Ağdərə istiqamətində isə polkovnik Nikolay Mikaeloviç Aykyan (1972), Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan, Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib.

  •  (0)
  •  (0)