Ermənistan müdafiə naziri həmsədrlərlə Qarabağ münaqişəsini müzakirə edibbackend

Ermənistan müdafiə naziri həmsədrlərlə Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan müdafiə naziri David Tonoyan Yerevanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) ilə görüşüb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.

Görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədindəki mövcud vəziyyət, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.(report)

Hokm.az

  •  (0)
  •  (0)