Ermənistan MN-in “xalq ordusu” yaratmaq layihəsi “Yerkrapah” hərbi təşkilatında narahatlıqlar yaradıbbackend

Ermənistan MN-in “xalq ordusu” yaratmaq layihəsi “Yerkrapah” hərbi təşkilatında narahatlıqlar yaradıb

Məlum olduğu kimi, bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyi ictimai müzakirəyə qanun layihələri təqdim edib.
Bu layihələrlə “Müdafiə haqqında”, “Yerli özünüidarəetmə”, “Regional özünüidarəetmə” və “İrəvan şəhərində yerli özünüidarəetmə haqqında” fəaliyyətdə olan qanunlarda əlavələr etmək təklif olunur.

Bundan əlavə, “Müdafiə haqqında” qanunda Ermənistan Müdafiə Nazirliyi “xalq ordusu”nu dövlətin hərbi təhlükəsizlik sisteminə əlavə etməyi təklif edir.

“Past” nəşri yazır ki, məlumata görə, ümumi mənada bu təşəbbüs “Yerkrapah” hərbi təşkilatı da daxil olmaqla müxtəlif dairələr tərəfindən birmənalı şəkildə qəbul olunmayıb.

Əsas narahatlıq bununla bağlıdır ki, layihə ictimai müzakirəyə təqdim olunmazdan əvvəl onlarla peşəkar konsultasiyalar edilməyib, yəni bir növ “Yerkrapah” hərbi təşkilatının üzvləri görməzdən gəlinib.ordu.az

  •  (0)
  •  (2)