Ermənistan mətbuatı məşhur türk bloqçunu öz ordu sıralarına “qatıb”backend

Ermənistan mətbuatı məşhur türk bloqçunu öz ordu sıralarına “qatıb”

Ermənistan İctimai Radiosu Ermənistan Müdafiə Nazirliyinin cəbhədə savaşan ermənilərlə bağlı hazırladığı video xəbərin başlıq şəklinə məşhur türkiyəli bloqçu Burak Özdemiri hərbi formadakı görüntüsünü yerləşdirib.

Hokm.az “Report”a istinadən xəbər verir ki, həmin xəbər radionun saytında dərc olunub.

Qeyd edək ki, bu, Ermənistan İctimai Radiosunun qalmaqala yol aça biləcək ilk hərəkəti deyil. Belə ki, radionun saytında türkiyəli məşhur müğənni Sərdar Ortac Azərbaycan Ordusunun “itkiləri” sırasında yer alıb.

  •  (0)
  •  (0)