“Ermənistan mediasına istinadları minimuma endirək” – Prezidentin köməkçisibackend

“Ermənistan mediasına istinadları minimuma endirək” – Prezidentin köməkçisi

“Ermənistan mediasında kifayət qədər feyknyus xarakterli məlumatlar yayılır”.

Hokm.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycanın media nümayəndələrinə müraciət edib: “Ermənistan mediasına istinadları minimuma endirək. Çünki kifayət qədər saxta, yalan məlumatlar yayılır. Bu, Ermənistanın daxilndə gedən proseslərlə bağlıdır. Ermənistanda daxili istehlak naminə olan məlumatlar ortaya atılmaqdadır”.

  •  (0)
  •  (0)