Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcəkbackend

Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ayın 12-dən 16-dək Belarusda keçirəcəyi növbəti “Sarsılmaz qardaşlıq” adlı hərbi təlimlərdə iştirak etməyəcəklərini açıqlayıb.

Hokm.az “Report”-a istinadən xəbər verir ki, bu barədə KTMT mətbuat katibi Vladimir Zeynəddinov bildirib.

Ermənistanın KTMT ölkələrinin birgə hərbi təlimində iştirak etməməsi Azərbaycanın işğal etdikləri ərazisində sentyabr ayının 27-dən başlayan hərbi əməliyyatlarla əsaslandırılır.

  •  (0)
  •  (0)