“Ermənistan “İsgəndər”dən istifadə edərsə Azərbaycan onu məhv edəcək” – Polkovnikbackend

“Ermənistan “İsgəndər”dən istifadə edərsə Azərbaycan onu məhv edəcək” – Polkovnik

Sentyabrın 27-də təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutaraq mülki vətəndaşlarımızı və hərbi qulluqçularımızı qətlə yetirən erməni silahlı birləşmələrinin ordumuzun əks-hücumu nəticəsində xeyli sayda canlı qüvvəsi və iriçaplı silahları, ağır artileriyası məhv edilir. Məğlubiyyətin bir addımlığında olan rəsmi İrəvanın hər gün beynəlxalq ictimaiyyəti və havadarlarını Azərbaycana qarşı qaldırmaq üçün müxtəlif yollara əl atdıqlarının, həmlələr etdiklərinin şahidi oluruq.

 

Bəs İrəvandan Qarabağı işğalda saxlamaq üçün son həmlə kimi vaxtilə təhdid etdikləri Rusiya istehsalı “İsgəndər” operativ-taktiki raketlərindən Azərbaycana qarşı istifadə etmək əmri verilə bilərmi?

Hokm.az xəbər verir ki, milli.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov düşmənin bu həmləsinin də nəzərə alındığını qeyd edib:

“İsgəndər” ilə Ermənistanın Azərbaycanı vurmaq cəhdi olarsa, hələ o vaxt bu söhbət çıxanda Ali Baş Komandan, Prezident İlham Əliyevin səyi nəticəsində biz İsraildən bu raketlərə qarşı hava hücumundan müdafiə sistemləri hələ o vaxtı almışıq. Bizim hava məkanımız tam şəkildə qorunur. Ona görə də Ermənistan “İsgəndər”lərə əl atdığı halda və ondan istifadə etdiyi halda Azərbaycanın İsraildən aldığı hava hücumundan müdafiə sistemləri “İsgəndər”dən açılan raketi məhv etməyə qadirdir.

Düşmən düşməndir, düşməndən hər şey gözləmək olar. Əgər erməni Xocalı soyqrımını törədibsə o millətdən hər şey gözləmək olar. Bugünkü vəziyyət də Paşinyanın tutduğu qeyri-konstruktiv mövqenin, işğalçılıq niyyətlərinin nəticəsidir”.

“İgəndər”in xüsusiyyətlərini təqdim edirik:

Atəş sistemlərinin məhvi (reaktiv yaylım atəş sistemləri, uzaqvuran artilleriyası, raket kompleksləri)
Raketdən və hava hücumundan müdafiə vasitələri
Komanda məntəqələri və rabitə qovşaqları
Mülki infrastrukturun vacib obyektləri

Döyüş xüsusiyyətləri:

Raketin başlanğıc kütləsi: 3 800 kq
Döyüş başlığının kütləsi: 480 kq
Uzunluğu 7,2 m
Diametri 920 mm
Raketin başlanğıcdan sonrakı trayektoriyasının hissəsinin sürəti: 2 100 m/s
Hədəfi vurma minimal məsafəsi: 50 km
Hədəfi vurma maksimal məsafəsi: 500/280 km
İstismar müddəti: 10 il, o cümlədən səhra şəraitində 3 il

Əsas silahı: Qanadlı raket R-500, yüksək partlayıcı mərmi, termobarik silah, nüvə silahı
Daşıma: МЗКТ-7930 üzərində daşınır

Bu raket sistemləri 3 variantdadır: “İsgəndər-M”, “İsgəndər-E”, “İsgəndər-K”. Bunların içində ən təhlükəlisi “İsgəndər -M”-dir.

Ekspertlər “İsgəndər”in Ermənistanda yerləşdirilməsini Azərbaycanın son illərdə öz Silahlı Qüvvələrini hədəfi dəqiq vuran raket sistemləri və düşmən raketlərinə qarşı ən yeni müdafiə kompleksləri ilə təchiz etməsinə cavab kimi qiymətləndirirlər.

Azərbaycan İsraildən raketdən müdafiə sistemini təşkil edən “Green Pine” radar kompleksi və “Barak-8” raketləri sifariş vermişdi. Bu sistem mümkün müharibə zamanı Ermənistanın sərəncamında olan raketlərin hücumunu neytrallaşdırmağa imkan verir. “Barak-8” raketdən müdafiə kompleksinin texniki göstəriciləri məxfi saxlanılır, çünki bu, İsrail hərbi sənayesinin ən yeni məhsullarından biridir.

Bununla belə xarici qaynaqlarda göstərilir ki, “Barak-8” kompleksləri istənilən raket hücumunu dəf etmək imkanındadır və dünyada bu komplekslərin müdafiəsini yara bilən raketlər mövcud deyil.

  •  (1)
  •  (0)