Ermənistan həbsxanasında Ukrayna vətəndaşının asılmış cəsədi tapıldıbackend

Ermənistan həbsxanasında Ukrayna vətəndaşının asılmış cəsədi tapıldı

Yanvarın 11-də xalq arasında “Sovetaşen həbsxanası” kimi tanınan Ermənistan Respublikasının Ədliyyə Nazirliyinin “Nubaraşen” cəzaçəkmə müəssisəsində təcili vəziyyət baş verib.

Hokm.az Qazet.az-a istinadən xəbər verir ki, səhər saat 9:30 radələrində həbsxana nəzarətçiləri həbsxananın 10 saylı karantin kamerasında mələfə ilə asılmış şəxsi aşkar ediblər.

– Advertisement –

Araşdırma nəticəsində həmin şəxsin Ukrayna Respublikasının vətəndaşı 28 yaşlı Valeri Komandant olduğu müəyyən edilib.

Bildirilib ki, V. Komandant 20 avqust 2020-ci ildən bəri cinayət işi üzrə şübhəli şəxs kimi cəzaçəkmə müəssisəsində idi.

Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

  •  (0)
  •  (0)