Ermənistan hazırda da atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi daha da artırır – Hikmət Hacıyevbackend

Ermənistan hazırda da atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi daha da artırır – Hikmət Hacıyev

Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən “Smerç”lərdən istifadə edir. Siz Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi atteşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Ermənistan hazırda da atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər, Goranboy və digər şəhərləri atəşə tutur, gərginliyi daha da artırır: “Hazırda münaqişə ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Ermənistan öz ərazisindən Azərbayxanı atəşə tutur. Bu gün Ermənistan Azərbaycanın Gəncəni, Mingəçeviri və digər şəhərləri vurmaq üçün raketləri hazır vəziyyətə gətirib. Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həmin raket komplekslərinin neytrallaşdırılması istiqamətində tədbirlər gördük. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur, çünki beynəlxalq hüquqa əsasən, təhlükəsizliyi təmin etmək üçün təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququna malikdir. Ermənistan səhər saatlarında da Azərbaycanın mülki əhalisini vurmaq üçün raket komplekslərini hazır vəziyyətə gətirmşdi. Azərbaycan təhlükə mənbəyini neytrallaşdırmaq üçün beynəlxalq hüquqdan istifadə edərək tədbirlər görüb. Çünki biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalini hədəf alır, xeyli sayda mülki əhali həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”.

  •  (0)
  •  (0)