Ermənistan dövlət sərhədində Azərbaycanın iki rayonunu atəşə tutubbackend

Ermənistan dövlət sərhədində Azərbaycanın iki rayonunu atəşə tutub

Dövlət sərhədində Azərbaycan mövqeləri atəşə tutulub.

Bu barədə Hokm.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd olunub.

  •  (0)
  •  (0)