Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edilən etirazçılar Amiryan küçəsi ilə Maştots prospektinin kəsişməsini bağlayıb.
Hokm.az xəbər verir ki, hadisə yerində polislə aksiyaçılar arasında insident yaşanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara arxadan yaxınlaşaraq onları yoldan kənara itələyib.
Bildirilir ki, aksiyada Daşnaksütyun Partiyasının fəalları üstünlük təşkil edib.
Rəsmi məlumata görə, aksiyanın 24 iştirakçısı həbs olunub.Publika.az
















