Ermənistan bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışır – Hikmət Hacıyevbackend

Ermənistan bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışır – Hikmət Hacıyev

Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu addım Ermənistanın bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışdığını göstərir:

“Ermənistan Azərbaycanın döyüş zonasından kənardakı şəhərlərinə raket atəşi açır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

  •  (0)
  •  (0)