Ermənistan Bərdəyə raket atması nəticəsində ölən və yaralıların sayı açıqlandı – YENİLƏNİBbackend

Ermənistan Bərdəyə raket atması nəticəsində ölən və yaralıların sayı açıqlandı – YENİLƏNİB

16:44
Bərdənin Qarayusifli kəndinə atılan raket nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hokm.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz tvitter səhifəsində yazıb.
O qeyd edib ki, yaralılar arasında uşaq və qadınlar da var.
——————
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutur.
Hokm.az-ın məlumatına görə, düşmən Bərdə istiqamətinə 3 raket zərbəsi endirib.
Onlardan ikisi zərərsizləşdirilsə də, biri rayonun Qarayusifli kəndinə düşüb. Nəticədə 1 mülki vətəndaşımız həlak olub, yaralılar var.
  •  (0)
  •  (0)