Ermənistan açıq şəkildə Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi” – Prezidentin köməkçisibackend

Ermənistan açıq şəkildə Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi” – Prezidentin köməkçisi

“Təmas xəttində vəziyyət gərginləşməzdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın vacib enerji infrastrukturunu / Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi”.

Hokm.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

O qeyd edib ki, Ermənistanın son raket hücumları bu ölkənin hərbi doktrinasının nə qədər aqressiv olduğunu bir daha təsdiqləyir.

  •  (0)
  •  (0)