Ermənipərəst blogger Ağdərədə gizlənməyə yer axtarırbackend

Ermənipərəst blogger Ağdərədə gizlənməyə yer axtarır

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan əks hücum əməliyyatları istər Ermənistanda, istərsə də, qondarma Dağlıq Qarabağ Respublikasında təşvişə səbəb olub. 

Ermənistanın siyası rəhbərliyi avantürist bəyanatlarının və addımlarının acı nəticələr doğurduğunun fərqindədir. Baş nazir Nikol Paşinyanın dünyanın aparıcı ölkələrinin liderləri ilə telefon danışıqları, separatçı rejimin rəhbərlərinin az qala yalvarış dolu çıxışları bunun bariz mübariz nümunəsidir. Lakin artıq gecdir. 30 ildir təmkin nümayiş etdirən Azərbaycan artıq tarixi torpaqlarını işğaldan azad etmək üçün hərəkətlənib  və heç bir qüvvə onu saxlaya bilməz. Bu, Ali Baş Komandan səviyyəsində də bəyan edilib. Bu gün Azərbaycanda hər kəsin dilindən “Qarabağ Azərbaycandır!” şüarı səslənir.

Ermənilərin təşviş içində olması cəbhə bölgəsindən çəkilən kadrlardan da görünür. Bir neçə saat əvvəl saytımızda rusiyalı jurnalistlərdən birinin Xankəndindən çəkdiyi videonu tirajlamışdıq. Həmin görüntülərdə şəhərin səssizliyə qərq olunduğu görünür. Jurnalist bunu əhalinin qorxudan zirzəmələrdə gizləndiyi ilə izah edir.

Rusiyalı ermənipərəst blogger Semyon Peqovun yaydığı video da maraqlıdır. “Ola bilər pilotsuz aparatların səsini eşitmirsiniz. Amma vəziyyət heç də yaxşı deyil. Hətta elə bildik ki, artıq bura giriblər. Səs çox yaxından gəlir”, – deyə blogger vurğulayıb.

Semyon Peqov əlavə edir ki, vəziyyət gərgin olduğundan gizlənməyə yer axtarırılar: “İndi tələsik biz Ağdərə istiqamətində hərəkət edirik. Yaxud da burada tunel tapıb gizlnəcəyik. Çünki pilotsuz uçuş aparatları burada çox fəaldır”.

Bütün bunlar bir daha Azərbaycan Ordusunun işğal olunmuş ərazilərimizi qısa müddət ərzində azad etmək iqtidarında olduğunu göstərir. Yenisabah

  •  (1)
  •  (0)