“Ermənilərin yaşadıqları ərazilər Azərbaycanın nəzarətinə keçəcək” – Abdullah Ağarbackend

“Ermənilərin yaşadıqları ərazilər Azərbaycanın nəzarətinə keçəcək” – Abdullah Ağar

“Qarabağda Azərbaycan, Türkiyə və Rusiya arasında Ermənistanın da daxil edildiyi razılaşma var”.

Hokm.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Ekspert bildirib ki, Ermənistan artıq Qarabağla bağlı iddiasından əl çəkməlidir:

“Bu ölkələr arasında bir atəşkəs razılığı var. Əgər Ermənistan partizanlar vasitəsilə istehkam yaradaraq və ya terror törədərək, yaxud razılaşmanın maddələrinə zidd davranaraq bəzi təxribatlara cəhd edilərsə, açığı razılaşmanı pozmuş sayılır. Və Ermənistan bu razılaşmanı pozmaqla Azərbaycanın sərt reaksiya verməsinə şərait yaratmış olar.

Açığı indi Ermənistanın buna bənzər son dərəcə çılğın, trovatik həmlələri olduğu görünür. Buna dair faktlar var. Azərbaycan onların bu cür davam etməyinə qəti imkan verməyəcək, 10 Noyabr razılaşmasından meydana çıxan haqqını sona qədər müdafiə edəcək. Burada Rusiya da məsuliyyət daşıyır. Nəticədə Rusiya ilə birgə imzalanan bir atəşkəs var. İndi Ermənistan bu müqaviləni rusun arxasında gizlənərək pozmağa cəhd edərsə, bu, güvənsizlik yaradacaq. Və nəticədə belə olmasını nə Rusiya, nə Azərbaycan, nə də Türkiyə istəyər. Yəni nəticədə bir müharibə oldu, hər kəs kimin nəyə qadir olduğunu, gücünü, qüdrətini gördü. Ermənistan payını aldı.

Zaman keçdikcə rus sülhməramlılarının nəzarətində ermənilərin yaşadıqları ərazilər yavaş-yavaş ortaya çıxacaq vəziyyətlərdən irəli gələrək Azərbaycanın nəzarətinə keçəcək. Başqa çarəsi də yoxdur.

Ermənistan bundan sonra Qarabağla bağlı iddiasından əl çəkməlidir. Əgər belə davranmağa davam edərsə, bu, açığı gələcəkdə Ermənistanın varlığına çox böyük zərər vurar. Bundan sonra Rusiyanın himayəsi altında ərköyünlük etməməsi Ermənistanın xeyrinədir.

Azərbaycan istənilən an Qarabağda irimiqyaslı antiterror əməliyyatlarına da başlaya bilər. Türkiyə ilə Azərbaycan birgə addım atmalıdırlar. Yoxsa tək-tək hücumlar artar, bizi parçalamağa çalışarlar”.

  •  (0)
  •  (0)