Ermənilərin Qarabağda gizlətdiyi sursatlar belə ortaya çıxarılır – VİDEObackend

Ermənilərin Qarabağda gizlətdiyi sursatlar belə ortaya çıxarılır – VİDEO

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda xidmət göstərən Rusiya Silahlı Qüvvələri Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının mühəndis-istehkamçıları barədə yeni məlumat yayıb.

Hokm.az xəbər verir ki, məlumatda istehkamçıların poliqona evakuasiya olunmayan sursatları təhlükəsizlik təmin edildikdən sonra yerindəcə məhv etdiyi bildirilib.

“Rusiya mühəndislik bölmələri sülhməramlı müşahidə postları ilə ümumi yollar arasındakı marşrutlarda mühəndis kəşfiyyat və minalardan təmizlənmə ilə məşğul olur, yaşayış məntəqələri və yaşayış məntəqələrinin sosial infrastrukturu yaxınlığında tədqiqatlar aparır və minalardan təmizləyir. Aşkarlanmış sursat və partlayıcı maddələr poliqona aparılır və orada partladılır. Tullantı poliqonuna köçürülə bilməyən döyüş sursatları təhlükəsizlik təmin edildikdən sonra yerindəcə məhv edilir”, – açıqlamada qeyd olunur.publika.az

  •  (0)
  •  (0)