Ermənilərin Gəncəyə atdığı SCUD raketi hərbi hədəflərin məhvi üçün effektiv deyilbackend

Ermənilərin Gəncəyə atdığı SCUD raketi hərbi hədəflərin məhvi üçün effektiv deyil

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə zərbəni SCUD (skad) raketi ilə endirdiyi məlum olub.

Hokm.az “Report”a istinadən bu silahla bağlı araşdırmanı təqdim edir.

Ermənistanın Gəncə şəhərində mülki əhalini hədəf alan raket zərbəsi zamanı SCUD raketindən istifadəsi təsadüfi deyil. Rusiya istehsalı olan SCUD raketlərinin texniki xüsusiyyətləri bunu deməyə əsas verir.

Belə ki, 1961-1987-ci illərdə istehsal olunan R-17 (SCUD-B – ELBRUS kompleksi) raketlərinin hədəfdən yayınma dairəsi 450 metr təşkil edirdi.

Nəzərə alsaq ki, sonuncu buraxılışı 1987-ci ildə baş tutan bu raketlər yetərincə köhnədir, indi bu raketlər dəqiq zərbə qabiliyyətini itirib və yayınma dairəsi daha böyükdür. Buna görə də SCUD-lardan hərbi hədəflərin məhvi üçün istifadə etmək effektiv deyil. Mülki hədəflərdə isə qeyri-dəqiq zərbə qabiliyyəti “işə yarayan”dır. Çünki yaşayış məntəqələrində raket hara düşərsə, yenə də sıx məskunlaşma səbəbilə dağıntı törədəcək və konkret nöqtəyə deyil, “arzu olunduğu kimi” böyük bir əraziyə zərər vuracaq.

Bu raketlərin praktik istifadə tarixinə nəzər yetirsək, İraq diktatoru Səddam Hüseyn SCUD-dan İran-İraq müharibəsi zamanı İrana və Körfəz müharibəsində İsrailə qarşı istifadə edib. Hər iki halda nəticədə böyük dağıntılar və insan tələfatı qeydə alınıb.

Həmçinin çağdaş dönəmdə bu raketlərdən Liviyada ölkənin böyük bir hissəsini qanunsuz şəkildə ələ keçirərək mərkəzi hökumətə qarşı qiyam qaldırmış Xəlifə Həftərin nəzarətindəki qüvvələrə ötürülməsi barədə informasiyalar gəzir.

Bütün bunlar göstərir ki, Ermənistanın faşist mahiyyətini ortaya qoyaraq SCUD-ı bilərəkdən seçib və hərbi əməliyyatlarda belə nadir istifadə olunan bu dağıdıcı silahı mülki əhaliyə qarşı tətbiq etməklə hərbi və insanlıq cinayəti törədib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində 10 nəfər ölüb, 34 nəfər yaralanıb.

  •  (0)
  •  (0)