Ermənilərin F-16 yalanı ifşa olundu – FOTOFAKTbackend

Ermənilərin F-16 yalanı ifşa olundu – FOTOFAKT

Ermənilərin Türkiyənin “F-16” qırıcı təyyarələrinin Gəncə Beynəlxalq Hava limanında olduğuna dair iddialarının yalan olduğunu “Fact Check Karabakh” səhifəsi təsdiq edib.

Hokm.az oxu.az-a istinadən bildirir ki, iddiaya görə, Türkiyə Silahlı Qüvvələri tərəfindən idarə olunan ən az iki “F-16” qırıcı təyyarə Gəncə Beynəlxalq Hava limanındadır. Lakin şəkillərdən də görünür ki, bu “F-16” təyyarələri deyil, Azərbaycan tərəfinin daha öncə İtaliyadan aldığı “M-346” döyüş təyyarələridir.

  •  (0)
  •  (0)