“Ermənilərə sarsıdıcı zərbələr vurmalıyıq” – Fazil Mustafabackend

“Ermənilərə sarsıdıcı zərbələr vurmalıyıq” – Fazil Mustafa

“Ermənistan öz iradəsi ilə hərəkət etmir”.

Bunu konkret.az-a açıqlamasında deputat Fazil Mustafa bildirib.

O, qeyd edib ki, Ermənistan müharibənin hüdudlarını genişləndirmək və qloballaşdırmaq istəyir:

“Azərbaycan maraqlıdır ki, müharibə lokal xarakterdə qalsın və daxili məsələ kimi çözülsün.  Ermənistan isə genişləndirmək fikrindədir. Çünki Dağlıq Qarabağda bu prosesin məğlubiyyətə getdiyini anlayır. Ona görə də biz buna hazırlıqlı olmalıyıq. Əlbəttə ki, vətəndaşlarımızın ağır sığıntıları var. Xüsusilə də döyüş bölgəsində yaşayanların. Amma sarsıdıcı zərbələrimizi vurmalıyıq. Bu istiqamətdə də son hədəfə doğru addımlarımızı atmalıyıq. Bizim başqa yolumuz yoxdur. Torpaqlarımızın azad olunması üçün bu cür sıxıntıların olması labüd və qaçınılmazdır. Bütün hallarda birliyimizi, bərabərliyimizi qorumalı və sona qədər mübarizəmizi davam etməliyik”.

  •  (2)
  •  (0)