“Ermənilərə heç bir halda inanmaq olmaz” – General atəşkəsdən danışdı…backend

“Ermənilərə heç bir halda inanmaq olmaz” – General atəşkəsdən danışdı…

Ermənistan ordusu qarşılaşdığı əks-hücumlar qarşısında qorxuyda düşüb, hərbi texnikanı döyüş bölgəsində qoyub qaçmağa davam edir.

Bu barədə redaktor.az-a danışan general-leytenant Yaşar Aydəmirov bildirib ki, onlar yaşayış yerlərinə bir neçə raket atmaqla gua sübut etmək istəyirlər ki, güclü hərbi texnikaya, silah-sursata malikdirlər:

“Ermənistan yenidən silah-sursat ehtiyatı yaratmağa çalışır. Amma maddi imkanları olmadığı üçün, bu ehtiyatları əldə etmək asan deyil. Müəyyən məntəqələrə, yaşayış yerlərinə bir neçə raket atmaqla gua sübut etmək istəyirlər ki, hərbi texnikaya, silah-sursata malikdirlər. Ermənistanın hərbi texnika istehsalı yoxdur, müxtəlif yollarla raketlər, mərmilər alırlar.  Hərbi texnikanın, silah-sursatın hansı sərhəddən, hansı ölkənin ərazisindən keçdiyi barədə məlumatlar var”.

Daimi atəşkəs barədə danışan general-leytenant bildirib ki, ermənilərə inanmaq, atəşkəsə getmək olmaz:

“Ermənistan xahiş etdi, yalvardı, dövlət başçılarını məsələyə daxil etdi ki, humanitar atəşkəs qəbul olunsun. Bu qədər yalvarışdan sonra qəbul olunan humanitar atəşkəsi niyə yerinə yetirmədilər?! Çünki cəbhə xəttində həlak olan əsgərlərin cəsədlərini öz ölkələrinə aparmağa cəsarət etmədilər. Ermənilərə heç bir halda inanmaq olmaz”.

  •  (0)
  •  (1)