Ermənilərə “Brüssel küləy”i TƏSİR ETDİ: Azərbaycanla barışmağa HAZIRIQbackend

Ermənilərə “Brüssel küləy”i TƏSİR ETDİ: Azərbaycanla barışmağa HAZIRIQ

“İndi hamımız (Türkiyə və Azərbaycanla) barışığa getməyə təşviq ediləcək. Biz ərazimiz, və suverenliyimiz hesabına güzəştlərə getməyə hazırıq”.

Hokm.az xəbər verir ki, bu açıqlamanı beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan edib. O 1992-ci ildən Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına diqqət çəkərək qeyd edib ki, 2010-cu il yanvarın 6-dan ABŞ-ın xarici siyasət gündəmində prioritet bu məsələ olub. Buş administrasiyasından sonra bu prioritet dəyişməyib.

“İstənilən mərhələdə, belə bir fürsət olanda Vaşinqton Ermənistan-Türkiyə prosesini dəstəkləyib. İndi Amerika siyasətinin aktivləşməsi də bu proseslə əlaqəlidir. Hər kəs anlayır ki, Ermənistan öz tarixində ilk dəfə olaraq Türkiyənin bütün ilkin şərtlərini yerinə yetirib və bu, tarixi məqam hesab olunur. Hamı başa düşür ki, Ermənistan öz strateji maraqlarından geri çəkilib, birtərəfli, sonsuz güzəştlərə, o cümlədən milli təhlükəsizlik bahasına hər şeyə hazırdır” Suren Sarkisyan belə deyib.metbuat.az

  •  (0)
  •  (0)