Ermənilər sosial şəbəkələrdə Azərbaycanın işğal altındakı Şuşa şəhərindəki qədim qala divarlarının yanında fəaliyyət göstərən kafenin reklamını yayıblar.

Hokm.az Moderator.az-a istinadən xəbər verir ki, reklam mətnində deyilir:
“Parisp Gastro Bak» – şəhərin girişində, Şuşa qalasının yanında yerləşən rahat bir kafe. Burada nadir “Artsax” şərabı, ocaqda bişmiş “jenqyalov ats” (göy kətəsi-S.L.), samovardan bitki çayı, “kurkut”(buğda və ətdən hazırlanan erməni xörəyi-S.L.) və xaşdan istifadə edə bilərsiniz. Axşamlar burada ocaqlar yandırılır və gitara çalınır. Məkan ilin istənilən vaxtında gözəldir…”

















