Ermənilər Şahin Mustafayevdən YARDIM UMURbackend

Ermənilər Şahin Mustafayevdən YARDIM UMUR

Yaxın günlərdə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Moskvada görüşəcək.

Hokm.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Azərbaycan nümayəndə heyətinə başçılıq edəcək Şahin Mustafayevin əslən Noyemberyan (Barana) rayonunun Cucevan (Barana) kəndində anadan olmasını, Noyemberyanda 2 nömrəli orta məktəbi bitirməsini xüsusilə qabardır.

Erməni mediası Şahin Mustafayevin əslən Ermənistandan olması və həmin ərazilərdə böyüməsi faktının həmkarı Mqer Qriqoryanla danışıqlar zamanı hər hansı rol oynayıb-oynamayacağı barədə mühakimə yürüdür.

Onların fikrincə, Mqer Qriqoryan Moskva danışıqları zamanı Azərbaycan tərəfi qarşısında Xocavənddə əsir götürülən erməni diversantların azad olunması istəyini qaldıra bilər.

  •  (0)
  •  (0)