Xəbər verdiyimiz kimi, Azərbaycan ordusunun apardığı əks-hücum əməliyyatı nəticəsində itkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan müdafiə nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir. Bundan əlavə Ermənistan Xarici İşlər Nazirliyi atəşkəs rejiminin bərpası üçün danışıqlar aparmağa hazır olduğunu deyib.
Bununla bağlı konkret.az-a açıqlamasında deputat Cavid Osmanov bildirib ki, bir neçə gündür ki, şiddətli döyüşlər gedir:
“Azərbaycanın şanlı ordusu düşmənə çox ciddi zərbələr vurub, xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ermənistanın terrorçu və işğalçı hərbi rəhbərliyi Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyəcəyini anlayıb növbəti dəfə öz tülkü libasını geyinərək bizi danışıqlara dəvət edirlər. Əlbəttə, onlara inanmaq olmaz. Çünki bu, birinci dəfə deyil. Onlar hər döyüşlərdə bu cür addımlara əl atıblar. Bununla onlar dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Guya onlar sülhsevən xalqdır. Amma bütün dünyaya bəllidir ki, 30 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır. Bu 30 il müddətində Ermənistan təkcə hərbçilərimizə deyil, bütövlükdə mülki əhalimizə qarşı cinayətlər törədiblər. Misal kimi Xocalı soyqırımını və atəşkəs elan edildikdən sonra törətdikləri təxribatlar zamanı həlak olan soydaşlarımızı göstərmək olar. Onlar qoca, yaşlı, cavan və uşaq demədən insanlarımızı atəşə tuturlar. Son 5 günlük döyüşlərdə də biz görürük ki, Ermənistan hərbçilərimizlə yanaşı mülki sakinləri də vurur. Bu da onu göstərir ki, Ermənistan rəhbərliyi faşizm və cinayətkar qruplardan ibarətdir. Əlbəttə, onların çağırışlarına heç vaxt inanmaq olmaz”.
Deputat söyləyib ki, Azərbaycan xalqında bu gün yüksək əhval-ruhiyyə var:
“Hər birimiz Ali Baş Komandanın ətrafında sıx birləşərək işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda son damla qanımıza qədər vuruşmağa hazırıq və qadirik”.
Milli Məclisin üzvü vurğulayıb ki, yalan və böhtan danışmaqla yanaşı Ermənistan qadınlarının arxasında gizlənir:
“Onların Kim Kardaşyan adlı bir porno ulduzları var. Onu zaman-zaman ortalığa artırlar. Görünür ki, Ermənistan kişisində bizimlə vuruşmaq üçün cəsarəti qalmayıb. Çünki biz bilirik ki, onlar qorxaq millətdirlər. Heç bir zaman Azərbaycanla təkbətək vuruşmağa cəsarət etməzdilər. Artıq onları bu təxribatlara çəkən qüvvələr yaxşı anlayıb ki, qarşılarındakı 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil. Xalqımız birləşib. Ona görə də ermənilər qadınlar maşınını işə salıb, özlərini dünyaya yazıq bir dövlət kimi qələmə verməyə çalışırlar. Eyni zamanda kişilərində bizimlə vuruşmağa cəsarət qalmayıb. Amma Ermənistan bilməlidir ki, hansı oyunlara əl atırlar atsınlar, heç vaxt bu qətiyyəti və əzmi sındıra bilməyəcək. Azərbaycan işğal altında olan torpaqlarını azad etməyə davam edəcək”.
















