Ermənilər fransız jurnalistləri koronavirusu yaymaqda ittiham edirlər – FOTObackend

Ermənilər fransız jurnalistləri koronavirusu yaymaqda ittiham edirlər – FOTO

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gələn Fransa jurnalistlərinin koronavirus yayması ilə bağlı Ermənistanda yerli əhali arasında narazı fikirlər formalaşmağa başlayıb.

Hokm.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yerli əhalinin iddialarına görə, Ermənistan və Dağlıq Qarabağa gələn xarici jurnalistlər, əsasən, koronavirus daşıyıcılarıdır, bu isə müharibə vəziyyətində çətinlik yaradıb.

Qeyd edək ki, Ermənistanda  son sutkada daha 1058 nəfər COVID-19-a yoluxub. Bununla da yoluxanların sayı 58 min 624 nəfərə çatıb.

 

  •  (0)
  •  (0)