Ninocmindanın Toria kəndində, köçəri çobanlar və kənd sakinləri arasında kütləvi dava düşüb.
Hokm.az publika.az-a istinadla xəbər verir ki, kütləvi dava ərazidə yerləşən otlaq sahəsi səbəbilə baş verib.
Toria kəndinin sakinlərinin sözlərinə görə, çobanların malları onlara aid otlaq ərazilərdə otlayır və nəticədə kəndlilərin mal-qarasına otlayacaq sahə qalmır. Bu səbəbdən tərəflər arasında ilk öncə sözlü, daha sonra isə fiziki qarşıdurma baş verib.
Məlumata görə, hücuma məruz qalan yerli azərbaycanlılardır. Hadisə iştirakçılarından biri armenpress.am saytına açıqlamasında azərbaycanlılara hücum etdiklərini təsdiqləyib.
“Azərbaycanlılar 3-4 maşında gəldilər. Biz onlardan çox idik və davaya başladıq. Bizdən 3 nəfəri tutublar”, – deyə o bildirib.
Daxili İşlər Nazirliyinin əməkdaşları, davada iştirak edən tərəflərdən 11 nəfər saxlayıb, faktla bağlı Cinayət Məcəlləsinin 125 və 126-cı maddəsi əsasında istintaq başladılıb.
















