Ermənilər 54 min hektar meşə fondumuzu məhv edibbackend

Ermənilər 54 min hektar meşə fondumuzu məhv edib

“Vətən Müharibəsi zamanı Bərdə, Ağcabədi, Daşkəsən rayonlarının meşə ərazilərinə atılmış bombalar nəticəsində meşə fonduna kifayət qədər ziyan vurulub”.

Hokm.az xəbər verir ki, bu barədə “Ekspert saatı”nda ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov danışıb. O, bombalar nəticəsində meşə yanğınlarının baş verdiyini xatırladıb:

“Fövqəladə Hallar Nazirliyinin və meşə xidməti əməkdaşlarının səyi nəticəsində həmin yanğınlar vaxtında ram edilib. İşğaldan azad olunan ərazilərdə 54 min hektardan çox meşə fondu məhv edilib. Hazırda dəymiş ziyanın hesablanması istiqamətində işlər aparılır”.modern.az

  •  (0)
  •  (1)