Erməni xalqı Paşinyanı bağışlamayacaq – Levon Ter-Petrosyanbackend

Erməni xalqı Paşinyanı bağışlamayacaq – Levon Ter-Petrosyan

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan hesab edir ki, baş nazir Nikol Paşinyanın erməni xalqı qarşısında bəraət qazanmaq şansı yoxdur.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sabiq prezidentin mətbuat katibi Arman Minasyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, L.Ter-Petrosyanın fikrincə, erməni xalqı N.Paşinyanı bağışlamayacaq:

“Prezident Ter-Petrosyan bu “ümummilli fəlakətin” xəstə çırpınışlarını şərh etməy mənasız hesab edir. O, milləti ölümə aparır. Qoy nə istəyir, desin. Onsuz da erməni xalqı onu bağışlamayacaq”.

  •  (1)
  •  (3)