Erməni xalqı ordu ətrafında birləşir – Vətəndaş müharibəsinə doğru…backend

Erməni xalqı ordu ətrafında birləşir – Vətəndaş müharibəsinə doğru…

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın lideri olduğu Respublika Partiyası vətəndaşları Ermənistan ordusu ətrafında birləşməyə və 1 martda İrəvanda keçiriləcək müxalifət mitinqində iştirak etməyə çağırıb.

Hokm.az xəbər verir ki, bu barədə partiyanın saytında yayımlanan bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ölkənin siyasi rəhbərliyi ordunu məhv etməyə çalışır.

Qeyd edək ki, yerli vaxtla saat 18:00-da İrəvanın Baqramyan prospektində müxalifət tərəfdarlarının genişmiqyaslı mitinqi gözlənilir. Eyni vaxtda baş nazir Nikol Paşinyan da Respublika Meydanında tərəfdarlarını toplayacaq.Publika.az

  •  (0)
  •  (0)