“Erməni Rembo”su Şuşa döyüşlərində məhv edildibackend

“Erməni Rembo”su Şuşa döyüşlərində məhv edildi

Azərbaycanın qədim şəhəri Şuşanın işğaldan azad edilməsi üzrə aparılan əməliyyat zamanı erməni ordusunun ən mühüm şəxslərindən biri zərərləşdirilib.

Hokm.az axar.az-a istinadla xəbər verir ki, Ermənistanda “Rembo” kimi tanınan David Kamitasoviç Qriqoryan noyabrın 8-də məhv edilib.

Erməni KİV-in məlumatına görə, Qriqoryan, erməni terrorçubaşının, eləcə də Xocalı soyqırımının iştirakçısı general Vitali Balasanyanın “sevimlisi” olub.

Qeyd edək ki, David Qriqoryanın adı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən 37 əsgərin arasında yer alıb.

  •  (5)
  •  (2)