“Erməni radikallarının təhdidləri ilə bağlı məlumatlar daxil olur” – Səfirlikdən ABŞ-da yaşayan vətəndaşlarımıza müraciətbackend

“Erməni radikallarının təhdidləri ilə bağlı məlumatlar daxil olur” – Səfirlikdən ABŞ-da yaşayan vətəndaşlarımıza müraciət

Azərbaycanın ABŞ-dakı səfirliyi ABŞ-da yaşayan vətəndaşlarımızıa müraciət edib.

Səfirlikdən Hokm.az-a verilən məlumata görə, müraciətdə deyilir:

“ABŞ-da yaşayan soydaşlarımızın və vətəndaşlarımızın diqqətinə! Son günlərdə erməni radikallarının təxribatçı fəaliyyətlərini, eləcə də mümkün təhdidlər barədə daxil olan müvafiq məlumat və siqnalları nəzərə alaraq, bir daha olduqca ehtiyatlı davranmağınızı və hər hansı təxribatdan uzaq durmağınızı xahiş edirik. Təhlükə yaradan hallar olduğu təqdirdə yerli mühafizə orqanları və Səfirlik ilə +1 202-560-3583 nömrə vasitəsi ilə əlaqə saxlamağınızı tövsiyə edirik”.

  •  (0)
  •  (0)