Erməni qoşunlarının Qarabağdan çıxarılması prosesi başlayırbackend

Erməni qoşunlarının Qarabağdan çıxarılması prosesi başlayır

Bakı vaxtı ilə saat 07:00-dan etibarən Rusiya Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingent yerləşdirməyə başlayır.

Hokm.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: “Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatına uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 06:00-dan etibarən Rusiya Federasiyası Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingent yerləşdirməyə başlayır”.

  •  (0)
  •  (0)