Erməni polkovnik Rusiyada HƏBS EDİLDİ – FOTObackend

Erməni polkovnik Rusiyada HƏBS EDİLDİ – FOTO

“Artsax” Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini, polkovnik Boris Avaqyan Sankt-Peterburqda həbs edilib .

Hokm.az xəbər verir ki, Rusiya mediası Avaqyanın qaçaqmalçılıq işinə görə Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyini yazır.

Məlumata görə,  Boris Avaqyan dünən axşam saatlarında Sankt-Peterburqdakı restoranlardan birində olub. Ona Sankt-Peterburq Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları yaxınlaşıb. Avaqyan tutularaq Petroqrad rayon polisinə aparılıb.

Araşdırmalar aparılır.

  •  (0)
  •  (0)