“BBC-nin “HardTalk” verilişində aparıcı Ermənistanda insan hüquqlarının pozulduğunu qeyd edib, ancaq Paşinyan “Freedom House” qeyri-hökumət təşkilatının Ermənistana verdiyi qiymətləndirməyə istinad edib”.
Hokm.az ordu.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Andranik Mihranyan deyib.
Mihranyanın sözlərinə görə, aparıcı Paşinyana koronavirusa qarşı mübarizədə uğursuz olduğunu söyləyib.
“Paşinyanın BBC-yə verdiyi müsahibə milli biabırçılıq idi. Nikol Paşinyan özünü və ölkəmizi gülünc vəziyyətdə qoydu. Bu, sadəcə “pazor” idi”, – deyə erməni politoloq qeyd edib.
















