Erməni partiya sədri: “Paşinyana xatırladın ki, istirahət etmək vaxtı deyil, dərhal işə qayıtmalıdır”backend

Erməni partiya sədri: “Paşinyana xatırladın ki, istirahət etmək vaxtı deyil, dərhal işə qayıtmalıdır”

“Azərbaycan və Türkiyə iyulun 29-dan avqustun 10-na qədər Ermənistan sərhədində birgə hərbi təlimlər həyata keçirəcək. Paşinyana xatırladın ki, istirahət etmək vaxtı deyil, dərhal işə qayıtmalı və Təhlükəsizlik Şurasının iclasını çağırmalıdır”.

Hokm.az xəbər verir ki, bunu Ermənistanın “Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan öz “Facebook” səhifəsində yazıb.

“Paşinyanın istirahət etmək üçün sonra çox uzun zamanı olacaq, biz bunu təmin edəcəyik”, – deyə o qeyd edib.Ordu.az

 

  •  (1)
  •  (1)