Erməni partiya sədri: “Paşinyan xalqdan gizli şəkildə 50 yaşayış məntəqəsini Azərbaycana təhvil verməyə hazırlaşır”backend

Erməni partiya sədri: “Paşinyan xalqdan gizli şəkildə 50 yaşayış məntəqəsini Azərbaycana təhvil verməyə hazırlaşır”

“Böyük ağrı ilə qeyd edirəm ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti tamamilə Azərbaycanın marağına xidmət etmək üçün işləyir”.
Hokm.az Ordu.az-a istinadən  xəbər verir ki, bunu Ermənistanın “Milli təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən yayılmış bəyanata toxunarkən deyib.

Onun sözlərinə görə, Paşinyan xalqdan gizli şəkildə Sünikdən 50 yaşayış məntəqəsini Azərbaycana təhvil verməyə hazırlaşır.

“Faktiki olaraq Nikol MTX-ni də öz sahibi Azərbaycana xidmət etdirməyə nail oldu, buna görə də erməni jurnalistlərə artıq xalqa həqiqəti bildirmək qadağan olunur, həqiqət isə odur ki, Paşinyan Sünikdən 50 yaşayış məntəqəsini Azərbaycana təhvil nverməyə hazırlaşır, bu səbəblə MTX bundan sonra jurnalistlərin Sünik vilayətinə sərbəst daxil olmasını qadağan edir, başqa cür desək, yaşayış məntəqələrinin Azərbaycana təhvil verilməsi xalqadan gizli şəkildə icra ediləcək”, – deyə İsaqulyan qeyd edib.

  •  (0)
  •  (1)