Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var – FOTOLARbackend

Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var – FOTOLAR

Ermənistan ordusu yaşayış məntəqələrini hədəf alması nəticəsində daha iki mülki vətəndaşımız yaralanıb.

Hokm.az-ın məlumatına görə, Qafqazinfo-nun Tərtərə ezam olunmuş əməkdaşı xəbər verir ki,  bunlar 1936-cı il təvəllüdlü Qazyan kənd sakini Mustafayev Asif Cəmil oğlu və Qaynaq kənd sakini, 1961-ci il təvəllüdlü Quliyev Azad Musa oğludur.

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Asif Mustafayevin düşmənin atdığı mərmi nəticəsində dağıdılmış evinin görüntülərini təqdim edirik:

  •  (0)
  •  (1)