Erməni olmaq təhqirdir – Tanınmış aparıcıbackend

Erməni olmaq təhqirdir – Tanınmış aparıcı

“Nə xoş mənə ki bu torpağın qızıyam. Biz nə gözəl xalqıq belə… Müharibənin davam etməsindən yox, bitməsindən qorxuruq!”.

Hokm.az xəbər verir ki, bu sözləri “İTV Xəbər”in aparıcısı Jalə Həsənli sosial şəbəkədə yazıb. Kəndlərimizin işğaldan azad olunması xəbərini efirdə səsləndirərkən kədərlənməsi və düşmən mətbuatının onu erməni aparıcı kimi təqdim etməsi barədə Həsənli açıqlama verib:

“Mənə maraqlıdır, bunların qidasına nə qatırlar? Belə düşünmək üçün nə yeyib, nə içirlər? Bunun bir adı var: Üzsüzlük. Mən sizin üçün “Sarı gəlin”əm, balabanam, yarpaq dolmasıyam? Kababam? Onları özəlləşdirməyə çalışmağınız bəs deyil, indi də məni özəlləşdirirsiniz, ay yazıqlar? Ay heç nəyi olmayan bədbəxtlər, onun-bunun sərvətinə göz dikən işğalçılar! Mənim damarlarımda Azərbaycan türkünün qanı axır. Bu qanı daşımaq, azərbaycanlı olmaq bir şərəfdir, erməni olmaq isə təhqirdir. Xahiş edirəm, məni təhqir etməyin”.

  •  (3)
  •  (0)